Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:49

İranda gənc kürd gizlin edam oluna bilər


İranda edama məhkum şəxs həmin andaca bağışlanır və xilas edilir
İranda edama məhkum şəxs həmin andaca bağışlanır və xilas edilir

-

İranda fevralın 19-da asılmalı olan gənc kürdün gizlicə edam olunması sarıdan narahatlıq yaranıb. Belə ki, həmin gənc barədə məlumat yoxdur.

22 yaşlı Saman Naseem 17 yaşında irəli sürülmüş ittihamlara ölümə məhkum edilib.

Amnesty International bəyanatında bildirib ki, Naseem-ə işgəncə verilə, yaxud gizli edam oluna bilər.

Beynəlxalq insan haqları qrupları və BMT ekspertləri İranı bu edamı dayandırmağa çağırmışdılar.

Gənc Kürdüstanın Azad Həyatı Partiyasına üzvlükdə və İran təhlükəsizlik qüvvələri ilə qarşıdurmada iştirakda ittiham olunub.

Birləşmiş Ştatlar və Avropa Birliyi onun edamından narahatlığını bildirib.

İran gənc və azyaşlılara ölüm hökmünün kəsildiyi azsaylı ölkələr sırasındadır.

XS
SM
MD
LG