Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:53

Avrozona Yunanıstanın xahişinə baxır


Brüsseldə Yunanıstan səfirliyi
Brüsseldə Yunanıstan səfirliyi

-

Fevralın 20-də Avrozonanın maliyyə nazirləri Yunanıstanın altı aylıq yardım paketinə dair xahişinə baxacaq. Yunanıstan rəsmiləri istəyir ki, yeni yardım hazırkı sazişin yenilənməsi sayılmasın, çünki hazırkı saziş sərt qənaət tədbirləri nəzərdə tutur.

240 milyard avroluq borcun əsas hissəsini ayıran Almaniya fevralın 19-da Yunanıstanın xahişini rədd edib. Almaniyanın maliyyə naziri Wolfgang Schaeuble deyib ki, bu xahiş "həll üçün əsaslı təklif deyil". Çünki ilkin olaraq razılaşdırılmış qənaət tədbirləri yerinə yetirilmədən "körpü maliyyələşməsini" nəzərdə tutur.

Avropa Komissiyası isə Yunanıstanın xahişini "pozitiv" adlandırıb.

Yeni baş nazir Alexis Tsipras fevralın 19-da Almaniya kansleri Angela Merkel-lə telefonla danışıb.

Yunanıstanla razılığa gəlinməsə, indiki sazişin müddəti fevralın sonunda bitir və ölkə pulsuz qala bilər.

XS
SM
MD
LG