Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:35

Merkel və Hollande Ukraynanı müzakirə edəcək


Debaltsevo yaxınlığında yerləşən Uqleqorsk şəhərindən görüntü
Debaltsevo yaxınlığında yerləşən Uqleqorsk şəhərindən görüntü

-

Almaniya kansleri Angela Merkel və Fransa Prezidenti Francois Hollande fevralın 20-də Parisdə Ukraynanın şərqindəki durumu müzakirə edəcəklər. İki liderin iştirakıyla ötən həftə əldə olunmuş atəşkəs sazişindən sonra döyüşlər yenidən qızışıb.

Fevralın 19-da yaraqlıların nəzarətində olan Donetsk şəhərində atışma qeydə alınıb. Artilleriya atəşi binaları silkələyib. Ordunun sözçüsü Anatoliy Stelmakh deyib ki, yaraqlılar Mariupol yaxınlığında hökumətin mövqelərini şiddətli atəşə tutub.

ABŞ Dövlət Departamenti fevralın 19-da bildirib ki, yaraqlılar atəşkəsi 250 dəfədən çox pozublar.

Bir neçə gün əvvəl hökumət qüvvələri Debaltsovo şəhərindən çıxıb. Ukrayna isə atəşkəsi saxlamaq üçün BMT sülhməramlılarının çağırılmasını təklif edib. Rusiya və separatçılar bu təklifi rədd edib.

XS
SM
MD
LG