Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:07

Mosulu almaq üçün əməliyyat yazda başlanacaq


Mosuldan könüllülər təlim keçir

Mosuldan könüllülər təlim keçir

-

İraqın ikinci böyük şəhəri olan Mosulu İslam Dövləti (İD) yaraqlılarından geri almaq üçün əməliyyat aprel ya mayda başlanacaq. Əməliyyatda İraq ordusunun 5 bölümü və ya 20-25 min əsgər iştirak edəcək. Bunu ABŞ ordusunun yüksək rütbəli rəsmisi deyir.

ABŞ Mərkəzi Komandanlığının adı çəkilməyən rəsmisi deyir ki, beş bölüm missiyaya hazırlaşmaq üçün tezliklə koalisiya təlimindən də keçəcək. Hücuma onlar başlayacaq. Bu əsgərləri 3 daha kiçik ehtiyat bölüm, eləcə də 3 kürd peşmərgə dəstəsi əvəzləyəcək.

İD yaraqlıları Mosulu iyunda ələ keçirib.

Anonim danışan rəsmi deyib ki, ABŞ əməliyyata hərbi dəstək göstərəcək, təlim, hava, kəşfiyyat və nəzarət dəstəyi verəcək.

Mosulda 1.000-2.000 İD yaraqlısının olduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG