Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:35

Gürcüstanda səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov fevralın 19-da Tbilisidəki Mirzə Fətəli Axundovun adını daşıyan Azərbaycan Mədəniyyəti Muzeyində olub.

Bu barədə AzərTAc məlumat yayıb. Muzeyin direktoru Leyla Əliyeva qurumun fəaliyyəti barədə nazirə məlumat verib.

O bildirib ki, böyük mütəfəkkir M.F.Axundzadənin inşa etdirdiyi və həyatının sonuna kimi yaşadığı bu ev 1982-ci ildən muzey kimi fəaliyyət göstərir. Böyük ədibin 200 illik yubileyi ərəfəsində muzey əsaslı təmir olunub. Muzeyin altı zalı var və bu zallardan biri qədim və zəngin Azərbaycan mədəniyyətinə, ikincisi Azərbaycan və Gürcüstan dostluğuna həsr olunub. Zallardan birində musiqi otağı fəaliyyət göstərir və burada Azərbaycan musiqi alətləri var. Digər zallarda M.F.Axundzadənin həyat və yaradıcılığını, iş və qonaq otaqlarını əks etdirən eksponatlar saxlanılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG