Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:01

Nə cür filmlərin "Oscar" almaq şansı çoxdur? - Ekspert rəyi


"Amerika snayperi" filmindən kadr, Youtube
"Amerika snayperi" filmindən kadr, Youtube

-

Britaniya ekspertləri son 50 ildə "Oscar" mükafatına layiq görülən filmləri təhlil edib uğur formulu müəyyən ediblər.

Aparılan ümumiləşdirmələr nəticəsində məlum olub ki, "Oscar"ı daha çox 2 saat 20 dəqiqə davam edən filmlər qazanır. O filmlər ki, orada baş rolda çəkilən aktyorun 45 yaşı, aktrisanınsa 38 yaşı olur.

Builki namizədlərdən bu meyarlara daha çox "Amerika snayperi" filmi uyğun gəlir.

İraqda yaraqlıları "dənləyən" amerikalı snayperin həyatından bəhs edən bu film böyük qalmaqal yaradıb və cəmi bir neçə həftə ərzində 350 milyon dollardan çox pul toplayıb.

Həmin filmdə çəkilən Bradley Cooper-insə 40 yaşı var. Ekspertlərin müəyyən etdiyi parametrlərə əsaslansaq, onun "Ən yaxşı aktyor" mükafatı almaq şansı böyükdür. "Vəhşi" filmindəki roluna görə isə 38 yaşlı Reese Witherspoon-un "Ən yaxşı aktrisa" mükafatını alacağını güman etmək olar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG