Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:55

-

Hüquq müdafiəçilərinin müdafiəsi üzrə beynəlxalq observatoriya (The Observatory for the Protection of Human Rights Defenders - OMCT ) hüquq müdafiəçisi Leyla Yunusun həbs müddətinin 5 ay uzadılması haqqında qərarı pisləyib.

OMCT-un bəyanatında deyilir ki, Leyla Yunusun həyat yoldaşı Arifin həbs müddətinin də bu günlərdə uzadılacağı gözlənir.

Qurum hakimiyyəti Leyla və Arif Yunusa qarşı qeyri-insani rəftara son qoymağa və onları dərhal azad etməyə çağırıb.

OMCT 1997-ci ildə Beynəlxalq İnsan Haqları Federasiyası (FİDH) və İşgəncələr Əleyhinə Beynəlxalq Komitə tərəfindən yaradılıb.

Leyla Yunus 2014-cü il iyulun 30-da həbs olunub. O, dövlətə xəyanətdə və bir sıra iqtisadi cinayətlərdə ittiham olunur. Fevralın 18-də Nəsimi rayon Məhkəməsi Leyla Yunusun həbs müddətini 5 ay - iyulun 28-dək uzadıb.

L.Yunus ittihamları siyasi motivli sayır. «Amnesty International» onu «vicdan məhbusu» kimi tanıyıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG