Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:11

Belarus prezidenti Alyaksandr Lukashenka ölkəsinin NATO ilə əməli danışıqlara hazır olduğunu deyib.

O fevralın 19-da yüksək rütbəli hərbçilərlə görüşdə bildirib ki, Belarus suveren bir dövlət kimi NATO ilə bərabər və şəffaf prinsiplər əsasında əməli dialoqa açıqdır.

Lukashenka qeyd edib ki, bizim NATO ilə xeyli birgə məsələlərimiz var və birgə iş Belarusun maraqlarını tam təmin edir.

Prezident bildirib ki, Ukraynanın şərqindəki hərbi əməliyyatlar göstərir ki, Belarusa öz milli maraqları, müstəqillik və suverenliyini qoruya bilən ordu lazımdır.

Lukashenka 2020-ci ilədək silahlı qüvvələrin təkmilləşdirilməsinə əlavə vəsait ayrılacağını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG