Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:36

Fərəc Kərimlinin məhkəməsi təxirə salınıb


Fərəc Kərimli
Fərəc Kərimli

Fevralın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat partiyası başqanının həbsdə oan müavini Fərəc Kərimlinin işi ilə bağlı keçirilməli olan hazırlıq iclası təxirə salınıb.

Bu barədə Azadlıq Radiosuna onun atası Raqif Kərimli məlumat verib.

Onun sözlərinə görə, buna səbəb Fərəc Kərimlinin dövlət tərəfindən təyin olunan vəkilə etiraz etməsi olub:

“Fevralın 19-u səhər saatlarında Fərəc zəng edərək məhkəmə olacağını dedi. Bildirdi ki, dünən axşam ona bildiriş verilib. Bu barədə vəkillə əlaqə saxladıq. O, xəbərsiz olduğunu söylədi. Yəni, öz vəkilinə də xəbər verilməmişdi ki, müqavilə bağlayıb prosesdə iştirak etsin. Məhkəmənin öz təyin etdikləri vəkillə aparılmasını istəyirlər.

Fərəc məhkəmədə həmin vəkilə etiraz etdiyindən, iclas fevralın 25-dək təxirə salınıb”.

Fərəc Kərimlinin vəkili Nemət Kərimli də AzadlıqRadiosun bildirib ki, orderi olmadığına və proses barədə ona məlumat verilmədiyinə görə məhkəməyə qatılmayıb.

Fərəc Kərimli iyulun 23-də saxlanıb, 25-də barəsində üç aylıq həbs qərarı çıxarılıb. Nərimanov rayon Məhkəməsi dekabrın 21-də həbs müddətinin daha 2 ay uzadılması barədə qərar çıxarıb.

O narkotik maaddə saxlamaqda ittiham olunur.

Müdafiə tərəfi ittihamı rədd edir.

XS
SM
MD
LG