Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:31

Hava şəraiti kəskin pisləşəcək


Foto: Arxiv
Foto: Arxiv

-

Fevralın 20-də axşamdan başlayaraq 23-dək Azərbaycan ərazisində hava şəraiti kəskinləşəcək. Güclü külək əsəcək, fasilələrlə yağıntı olacaq, qar yağacaq.

Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq yayıb.

Məlumatda deyilir ki, fevralın 20-də Bakıda və Abşeron yarımadasında fasilələrlə yağıntı olacaq. Bəzi yerlərdə sulu qar, qar yağacaq. Gündüz şimal-qərb küləyi güclənəcək. Gecə və gündüz 1-4, axşam 0 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da sulu qar, qar yağacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-5 dərəcə isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 15-20, gündüz 0-5 dərəcə şaxta olacaq.

Nazirliyin tibbi-meteoroloji proqnozunda deyilir ki, hava şəraitinin kəskinləşəcəyi, güclü xəzri küləyi fonunda soyuq diskomfort, qarlı hava şəraiti gözlənilir. Bu da əksər əhali üçün çox əlverişsizdir. Belə hava şəraitində uzun müddət açıq havada qalmaq məsləhət deyil.

XS
SM
MD
LG