Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:06

-

«Bir neçə il əvvəl hər iki böyrəyi fəaliyyətini itirdiyi üçün böyrəyini dəyişdirib. Hazırda böyrəklər yenə də fəaliyyətini itirmək üzrədir. Həyat yoldaşı öz böyrəyinin birini ona verməyə hazırdır. Lakin böyrəyini dəyişməsi üçün azı 10 min manat lazımdır».

Masallının Hacıtəpə kəndindən olan Kərimovlar ailəsi 48 yaşlı Yaşar Kərimova yardım olunmazsa, tezliklə həyatını itirəcəyini deyirlər.

DÖYÜŞ YOLU…

Yaşar Kərimov Masallı rayonun Hacıtəpə kəndindəndir. 1992-ci ildə könüllü olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar zabiti kimi ön cəbhəyə ezam olunub. Rəhbərlik etdiyi bölük Ağdərənin ermənilərdən azad olunması üçün 1993-cü ilin yanvar-mart aylarında xüsusi igidlik göstərib. Mehmanə kəndinin azad olunması uğrunda gedən döyüşdə mina partlamasından ağır yaralanıb. Qəlpələr kəllə sümüyünü əzib. Kəllə-beyin silkələnməsi diaqnozu ilə Lənkəran hərbi hospitalında müalicə olunub. Sonra yenə döyüş bölgəsinə qayıdıb. Atəşkəs elan olunduqdan sonra isə xidmətini Daxili Qoşunların müxtəlif hərbi hissələrində davam etdirib. 2004-cü ildə ordudan təqaüdə çıxıb. Qarabağ müharibəsi veteranıdır.

HƏYATLA ÖLÜM ARASINDA…

Müharibə Yaşar Kərimovun sağlamlığında dərin izlər buraxıb. Günlərlə qar üzərində qalan hərbçinin böyrəkləri zaman-zaman öz fəaliyyətini itirib. Bir neçə il əvvəl ona böyrək köçürülsə də, hazırda vəziyyəti yenə ağırdır. Növbəti dəfə böyrək köçürülməsinə ehtiyac var. Bunun üçün tələb olunan vəsaiti əldə edə bilməmələri ailə üzvlərini müharibə veteranı qarşısında, necə deyərlər, üzüqara edib.

Veteranın həyatda qalması üçün yardıma ehtiyacı var.

Hesablaşma hesabı – AZ38A11B45090219446100007161
VÖEN- 9900003611
Bank rekvizitləri aşağıdakı kimidir:
Kapital Bankın Masallı rayonundakı filialı
KOD 200617
VÖEN 9900003611
Müxbir hesabı AZ37NABZ01350100000000001944
S.W.I. F.T. BIK AIIBAZ 2 X

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG