Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:15

Fevralın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində hazırda həbsdə olan müsvatçı fəal Sirac Kərimlinin məhkəməsi olub.

Bu barədə Azadlıq Radiosuna vəkil Nemət Kərimli məlumat verib.

Onun sözlərinə görə, məhkəmədə bir şahid dindirilib:

“Çağrılan şahidlərdən cəmi biri gəlmişdi. Ona görə də məhkəmə tez başa çatdı. Həmin şahid Siracın saxlanılmasında iştirak edən əməliyyatçıdır. Bu gün digər əməliyyatçı da ifadə verməli idi. Həmin şahid gəlmədiyindən növbəti prosesdə dindiriləcək”.

Növbəti proses fevralın 17-nə təyin edilib.

Sirac Kərimli ötən ilin iyulunda həbs edilib,qanunsuz narkotik maaddə saxlamaqda ittiham olunur.

Müdafiə tərəfi ittihamı rədd edir və məsələnin onun fəaliyyəti ilə bağlı olduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG