Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:13

Taliban ABŞ-la danışıqlara hazır olduğunu deyir


Əfqanıstandakı talibançılar fevralın 19-da Qətərdə ABŞ nümayəndələri ilə sülh danışıqlarına başlamağa hazır olduqlarını bəyan ediblər.

Bu barədə Pakistan rəsmiləri məlumat yayıb.

Amma ABŞ və ya Qətər rəsmiləri hələlik məsələyə münasibət bildirməyiblər.

Pakistan hərbçilərinin sözlərinə görə, baş qərargah rəisi Raheel Sharif bu həftə Kabilə səfəri zamanı bu barədə Əfqanıstan prezidenti Ashraf Ghaniyə məlumat verib.

Son illər sülh danışıqlarına başlanması ilə bağlı göstərilən cəhdlər hələlik heç bir nəticə verməyib.

XS
SM
MD
LG