Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:15

Məmmədyarov:"Ermənistan regional layihələrdən kənarda qalıb"


Elmar Məmmədyarov

Elmar Məmmədyarov

“Bizim Gürcüstanla bir çox birgə layihələrimiz var. Bunlardan biri də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir və bu yol bu il istifadəyə veriləcək”.

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov fevralın 19-da Tbilisidə gürcüstanlı həmkarı Tamar Berucashvili ilə görüşdə deyib.

O bildirib ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars kimi enerji və nəqliyyat layihələri Azərbaycan və Gürcüstanla yanaşı bütün regionun inkişafı üçün zəmin yaradır.

Nazir qeyd edib ki, Ermənistan Azərbaycana qarşı yürütdüyü işğalçı siyasətinə görə, bu layihələrdən kənarda qalıb.

Elmar Məmmədyarov bildirib ki, əgər Ermənistan bu siyasətini dəyişib Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşsa, bu layihələrə o da qoşula bilər.

Qeyd edək ki, Elmar Məmmədyarov fevralın 19-da Gürcüstana rəsmi səfərə gedib.

Günün bütün mövzuları

XS
SM
MD
LG