Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 00:06

Müdafiə Komitəsi Leyla Yunusun azadlığa buraxılmasını tələb edir


Leyla Yunus
Leyla Yunus

-

Leyla Yunusun Hüquqlarını Müdafiə Komitəsi hüquq müdafiəçisinin həbs müddətinin uzadılmasını və ona qarşı başqa qanunsuzluqlar qətiyyətlə pisləyir.

Komitənin bəyanatında L.Yunusun Azərbaycanın vətəndaş cəmiyyətinin inkişafında müstəsna xidmətləri, çoxlu sayda siyasi məhbusun azadlığa çıxmasında əməyinin olması qeyd edilir.

Xatırladılır ki, Avropa İnsan Hüquqları Məhkəməsi L.Yunusun işinə prioritet qaydada baxmaq haqqında qərar qəbul edib.

Bəyanatda L.Yunusun həyat yoldaşı, politoloq Arif Yunusun qanunsuz həbsinə də toxunulur.

«XXI əsrdə Azərbaycanda Stalin repressiyası sindromu zühur etməkdədir», - bəyanatda deyilir.

Leyla Yunus 2014-cü il iyulun 30-da həbs olunub. O, dövlətə xəyanətdə və bir sıra iqtisadi cinayətlərdə ittiham olunur.

Fevralın 18-də Nəsimi rayon Məhkəməsi Leyla Yunusun həbs müddətini 5 ay - iyulun 28-dək uzadıb.

L.Yunus ittihamları siyasi motivli sayır.

«Amnesty International» onu «vicdan məhbusu» kimi tanıyıb.

XS
SM
MD
LG