Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 04:24

Yerevan Rusiya əsgərinin verilməsi ilə bağlı Moskvadan sorğu almadığını deyir


Valery Permyakov
Valery Permyakov

Ermənistan hakimiyyəti Gümrüdə erməni ailəsini qətlə yetirən Rusiya əsgərinin verilməsi ilə bağlı Moskvadan elə bir rəsmi müraciət olunmadığını bəyan edib.

Baş prokurorluq fevralın 19-da belə bir müraciət olunması ilə bağlı kütləvi informasiya vasitələrinin yaydığı məlumatları təkzib edib.

Baş prokuror Gevork Kostanian deyir ki, o rusiyalı həmkarı Yury Chaikaya müraciət edərək əsgər Valery Permyakovun Ermənistanda mühakimə olunmasını istəyib.

Rusiya hakimiyyəti isə elə həmin gün Permyakovun Gümrüdəki Rusiya bazasında mühakimə olunacağını bəyan edib.

Gümrüdəki Rusiya bazasının əsgəri Valery Permyakov yanvarın 12-də 6 nəfərlik erməni ailəsini avtomat silahla qətlə yetirib.

Bu hadisə Ermənistanda böyük etirazlara səbəb oldu.

XS
SM
MD
LG