Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:43

Tbilisi Moskva ilə Cənubi Osetiya arasındakı razılaşmanı ittiham edib


Foto arxiv
Foto arxiv

Gürcüstan Rusiyanın onun separatçı bölgəsi Cənubi Osetiya ilə sərhəd razılaşması imzalamasını ittiham edib.

Gürcüstanın xarici işlər nazirliyi fevralın 18-də bəyanat yayaraq bunun ölkənin ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş növbəti addım olduğunu bildirib.

Bəyanatda həmçinin qeyd edilir ki, Rusiya Cənubi Osetiya və Abxaziyanın faktiki ilhaq edilməsini əbəs yerə ört-basdır eləmək istəyir.

Moskva bu günlərdə Cənubi Osetiya ilə sərhədd razılaşması imzalayıb.

Ötən ilin noyabrında isə Gürcüstanın digər separatçı bölgəsi Abxaziya ilə strateji tərəfdaşlıq müqaviləsi imzalayıb və Cənubi Osetiya ilə də eyni sənəd imzalamaq fikrindədir.

Rusiya 2008-ci ilin avqustunda Gürcüstanla qısa müharibədən sonra Abxaziya ilə Cənubi Osetiyanı müstəqil dövlətlər kimi tanıyıb.

XS
SM
MD
LG