Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:52

Qatar Misirdən səfirini geri çağırır


Misirlilər İD qurbanlarının xatirəsini anır

Misirlilər İD qurbanlarının xatirəsini anır

-

Qatar Misirdəki səfirini "məsləhətləşmələrə görə" geri çağırır. Səbəb Qahirənin Liviyada İslam Dövləti (İD) silahlı qruplaşmasına hava zərbələri endirməsidir.

Qatarın QNA dövlət agentliyi xarici işlər nazirliyinin şöbə müdirinin fikrini yayıb. Onun sözlərinə görə, Doha Qahirədə Ərəb Liqasının görüşündə Misirin digər ərəb dövlətləri ilə məsləhətləşmədən Liviyaya hava zərbələri endirməsindən narazılığını bildirib.

Misirin Liqadakı təmsilçisi Tariq Adel isə Qatarı terrorçuluğu dəstəkləməkdə ittiham edib.

Fevralın 17-də Misirin F-16 qırıcıları Liviyanın Derna şəhərində yaraqlıların bazalarını bombalayıb. Ondan əvvəl isə İD 21 misirli xristianın başının kəsilməsini göstərən video yayıb.

XS
SM
MD
LG