Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:36

Britaniya Ukraynanın şərqində Rusiya silahlarının fotolarını yayır


SA-22 raket sistemi

SA-22 raket sistemi

-

Britaniya hökuməti Ukraynanın şərqində Rusiyanın müasir silahlarının fotolarını yayıb. Fotolarda təyyarələr əleyhinə ən müasir artilleriya – SA-22 yer-hava raket sistemi əks olunub.

Britaniya Xarici İşlər Nazirliyi bildirir ki, bu fotolar Rusiya ordusunun Ukraynanın şərqində separatçıları dəstəkləməsinə daha bir sübutdur.

Ukrayna ordusunda bu silahdan yoxdur və separatçılar onu ələ keçirə bilməzdilər.

Fotolar yanvarın 24-də və fevralın 5-də Şaxtarskda və fevralın 4-də Donetskdə çəkilib.

NATO baş katibi Jens Stoltenberg fevralın 18-də deyib ki, "Ukrayna ərazisində hələ də Rusiya qüvvələri, artilleriyası və havadan müdafiə bölmələri var".

Britaniyanın NATO-dakı səfiri Adam Thomson Rusiyanı Minsk atəşkəs sazişinin öhdəliklərinə tam əməl etməyə çağırıb.

Rusiya Ukraynanın şərqinə əsgərlər və ağır texnika göndərmədiyini deyir.


Günün bütün mövzuları

XS
SM
MD
LG