Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:15

İrana çağırış olunur ki, gənc kürdü edam etməsin


İranda edam. Arxiv foto
İranda edam. Arxiv foto

-

BMT-nin insan haqları ekspertləri və beynəlxalq hüquq müdafiə təşkilatları İrana çağırış edirlər ki, azyaşlı ikən cinayət törətmiş gənc iranlı kürdü edam etməsin.

22 yaşlı Saman Naseem-in edamı fevralın 19-a planlaşdırılır. O, Kürdüstanın Azad Həyatı Partiyasının üzvü olmaqda və İnqilab Qvardiyası ilə silahlı toqquşmalarda iştirakda təqsirli bilinib.

17 yaşında həbs olunub və 2013-cü ilin aprelində ölümə məhkum edilib. Ona işgəncə verildiyi bildirilir.

İranda insan haqları üzrə xüsusi məruzəçi Ahmed Shaheed və BMT-nin qeyri-qanuni edamlar üzrə xüsusi məruzəçisi Christof Heyns fevralın 18-də yaydıqları bəyanatda bildiriblər ki, "gənclərin edamını insan haqları üzrə beynəlxalq qanunvericilik qadağan edir".

Amnesty International və Beynəlxalq İnsan Haqları Federasiyası da edamı dayandırmağa çağırıb. AI fevralın 17-də bildirib ki, Naseem-in planlaşdırılan edamı "ölkədə ədalətsizliyin durumunu göstərir".

XS
SM
MD
LG