Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:06

-

Fevralın 19-da ABŞ Dövlət katibinin köməkçisi Wendy Sherman-ın rəhbərliyi ilə nümayəndə heyəti İranla nüvə danışıqları aparmaq üçün Cenevrəyə yollanır.

Dövlət Departamenti fevralın 18-də yaydığı bəyanatda bildirib ki, "ikitərəfli məsləhətləşmələr İranla P5+1 danışıqları çərçivəsində baş tutacaq". Həmin danışıqlara Avropa Birliyinin xüsusi müşaviri Cathy Ashton rəhbərlik edir.

AB təmsilçisi Helga Schmid də ikitərəfli danışıqlara qoşulacaq.

Altı fövqəldövlət – Birləşmiş Ştatlar, Britaniya, Fransa, Çin, Rusiya və Almaniya Tehranın nüvə proqramına dair danışıqlar aparır. Məqsəd İranın nüvə fəaliyyətinin məhdudlaşdırılması əvəzində bu ölkəyə sanksiyaların yumşaldılmasıdır.

Tərəflər martadək çərçivə razılaşması, iyunun 30-dək hərtərəfli sazişi əldə etməyə çalışırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG