Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:19

Kiyev BMT sülhməramlılarını çağırır


Ukrayna hərbçiləri Debaltsevedən çıxır

Ukrayna hərbçiləri Debaltsevedən çıxır

-

Ukrayna şərq hissəsində atəşkəsin bərpası üçün Avropa sülhməramlılarını çağırır. Fevralın 18-də 2.500 Ukrayna hərbçisi Debaltseve şəhərindən çıxıb, şəhər yaraqlıların nəzarətinə keçib.

Fevralın 18-də Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası Ukraynada yaraqlılarla cəbhə xəttinə nəzarət üçün ölkəyə BMT sülhməramlılarının dəvət olunmasına qərar verib.

Poroshenko şurada deyib ki, "ən yaxşı format Avropa Birliyindən polis missiyası olardı".

Prezident Debaltsevedən "plan və təşkil olunmuş çəkilmədə" altı əsgərin həlak olduğunu bildirib.

Ukrayna və Qərb Rusiyanı Debaltseveyə hücumu gücləndirmək üçün əsgər və silah göndərməkdə ittiham edir. Moskva bu iddiaları "yalan" adlandırır.

Debaltsevenin tutulması ötən həftə Minskdə Almaniya və Fransanın əldə etdiyi atəşkəs sazişini puça çıxarıb. Ağ Ev fevralın 18-də bəyan edib ki, Rusiya sazişin şərtlərinə əməl etməyib və bunun risklərinə, yəni əlavə sanksiyalara hazır olsun.

Günün bütün mövzuları

XS
SM
MD
LG