Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:16

Gəncəli sahibkar: “Mənə məxsus tikililəri sökdülər, torpağı başqasına satdılar”


Arxiv foto

Arxiv foto

-

“Gəncədə İmamzadə yolunda, üzərində tikililər olan torpaq sahəm əlimdən alınıb, tikililər dağıdılıb, torpağım başqasına satılıb”.

Gəncə şəhər sakini Rüstəm Əliyevin şikayəti Gəncə şəhəri, Kəpəz rayon icra hakimiyyətindən və rayon polisindəndir. Onun sözlərinə görə, bir neçə il əvvəl “İnam” kooperativi təsis edib. Ötən ilin dekabr ayında ona məxsus əraziyə ağır texnika salaraq ağlay sexlərini söküblər:

“Təsis etdiyim kooperativ 1987-ci ildən fəaliyyət göstərirdi. Bir gün məni icra hakimiyyətinə çağırdılar. Dedilər ki, ya torpağı verirsən, ya da işini davam etdirmək üçün 150 min manat. Mən fəaliyyətimin tam qanuni olduğunu, torpağa və üzərindəki tikililərə görə sənədlərimin də qaydasında olduğunu bildirdim. Dedilər ki, bir halda ki belədir, onda incimə. Sonra məni rayon polis idarəsindən də çağırdılar. Bildirdilər ki, nə olsun, torpaq sənindir. İcra başçısının göstərişi var ki, torpaq boşaldılsın. Əgər boşaltmasan, özümüz tədbir görməli olacağıq. Üstəlik sənin barəndə də tədbir görəcəyik”.

Sahibkar deyir, ağlay sexləri kimi fəaliyyət göstərən tikililər sökülüb, torpaq əlindən alıb:

“Bir sahibkar kimi təngə gəlmişəm. Ölkə başçısının sahibkarlıq fəaliyyətinə münbit şərait yaradılmasını tələb etdiyi bir vaxtda icra başçıları yerlərdə öz “qanunları” ilə işləyirlər”.

Rüstəm Əliyevin deməsinə görə, ölkə başçısına, baş prokurorluğa və başqa aidiyyəti qurumlara dəfələrlə şikayət məktubu yollayıb. əvəzində isə özü təzyiqə məruz qalıb:

“Bakıya yolladığım məktublar başçının stolunun üstünə gəlir”

“Mənim Bakıya yolladığım məktublar təzədən qayıdıb başçının üstünə gəlir. Hər dəfə də məni şərlədib tutduracaqları ilə hədələyirlər. Deyirlər, şikayətlərini davam etdirsən vəziyyətin pis olacaq. Halal zəhmətimlə sahibkarlıq fəaliyyətimi qurmuşam. Vaxtlı-vaxtında vergimi ödəmişəm, neçə ailəyə çörək yeri açmışam. Bu da bunların sahibkara verdikləri dəstək...”

Kəpəz rayon icra hakimiyyətindənsə bildiriblər ki, Rüstəm Əliyevin həmin tikililərə dair müvafiq sənədləri olmadığına görə sökülüb.

Rüstəm Əliyev isə ilkin sənədlərinin olduğunu, neçə ildir ki, tam sənədləşdirməyə çalışdığını, lakin ondan böyük məbləğdə rüşvət istənildiyi üçün sənədləşməni başa vura bilmədiyini deyir:

“Bir neçə vəkillə görüşdüm. Məsələni öyrənəndən sonra bildirdilər ki, icra başçısının əli varsa, məhkəmədə vaxt itirməyə də dəymir”.

Sahibkar səsinin ölkə başçısına çatmasından başqa çıxış yolu görmür.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG