Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:08

Avropa Məhkəməsi Yaqub Babalını haqlı çıxardı


Avropa İnsan Haqları Məhkəməsi, Strassburq, Fransa

Avropa İnsan Haqları Məhkəməsi, Strassburq, Fransa

Avropa İnsan Haqları Məhkəməsi KXCP sədrinin müavini Yaqub Babalının xeyrinə qərar çıxarıb.

Bu haqda AzadlıqRadiosuna məlumat verən Yaqub Babalının sözlərinə görə, həmin qərarın surətini fevralın 17-də alıb. Onun şikayəti deputatlığa namizəd olduğu 2010-cu il parlament seçkilərində hüquqlarının pozulması ilə bağlı olub.

Yaqub Babalı 87 saylı Ağsu-İsmayıllı dairəsindən namizəd olub. O deyir ki, Avropa Məhkəməsi həmin dairədə keçirilən seçkilərin saxtalaşdırıldığı haqda qərar çıxarıb. Yaqub Babalı deyir ki, bundan əlavə məhkəmənin qərarı ilə Azərbaycan dövləti dəymiş ziyana görə, ona 7500 avro ödəyəcək:

Yaqub Babalı deyib:

“Ötən ilin axırlarında Azərbaycan hakimiyyəti ilə barışmaqla bağlı məhkəmədən təklif göndərmişdilər. Bu təklifi qəbul etmədim. Bundan bir müddət sonra mənim xeyrimə qərar çıxarılıb. Mənim qələbəmdə hüquqşünas İntiqam Əliyevin böyük xidməti olub. Ona təşəkkürlərimi çatdırıram”.

Günün bütün mövzuları

XS
SM
MD
LG