Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:13

-

AMEA Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi Atəş Əhmədli Novruz bayramında papaq atılmasını düzgün saymadığını bildirib. O bu fikrini Trend Agentliyinə açıqlamasında dilə gətirib:

«Papağın atılması düzgün deyil. Çünki papaq ayaq altına atılmaz. O, qeyrət rəmzidir... Vaxtilə qurşaq atılıb, papaq yox. Əvvəllər oğlanlar bellərinə qurşaq bağlayar, həmin qurşağı açıb atardılar».

Atəş Əhmədli dünya xalqlarının öz arxaik mədəni qatlarını yenidən açmasına da diqqət çəkib:

«Bundan biznes kimi istifadə edən xalqlar da var. Onlar öz atributlarını əşya kimi düzəldir və bazara çıxararaq böyük mənfəət götürürlər. Amma bizim atributlarımızın hamısı - istər nağıllarımızdakı Cırtdan obrazı, istər Keçəl, istərsə də Göyçək Fatma obrazları kölgədə qalıb».

Mərasim folkloru mütəxəssisi Novruz bayramında papaq yerinə xüsusi torbaların atılmasını təklif edib:

«Həmin torbalar iş adamları tərəfindən hazırlana və onların üzərində Keçəlin və Kosanın rəmzləşdirilmiş şəkilləri, səməni rəsmi ola bilər».

Alimin fikrincə, biznesmenlər bu işə xərc çəksələr, bundan yalnız mənfəət götürə bilərlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG