Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:55

ABŞ-da İslam Mərkəzində şübhəli yanğın


Amerikada müsəlmanlara dəstək aksiyası. Arxiv fotosu

Amerikada müsəlmanlara dəstək aksiyası. Arxiv fotosu

-

Ötən həftə ABŞ-ım Hyuston ştatındakı Quba İslam İnstitutunda baş verən yanğının haqda ilkin məlumatlar, yanğının təsadüf olmadığı şübhələrini doğurub.

Hyustonun yanğınsöndürmə rəsmiləri deyiblər ki, yanğın səhər saat 5-də başlayıb. Yanğının səbəblərini araşdıran Hyuston Yanğın departamentindən isə hadisə yerində intensifikator - alışdırıcı maye izinin aşkar edilməsi haqda məlumat açıqlanıb. Bu bəyanat, əslində yanğının qəsdən törədildiyi anlamına gəlir.

Araşdırmaçılar islam icmalarının liderləri ilə görüşərək və yanğının mümkün motivləri və səbəblərini öyrənməyə çalışıblar.

Amerika-İslam Əlaqələri Şurası rəsmiləri yanğının araşdırılmasında "nifrət cinayəti" versiyasını da nəzərdən keçirməyə çağırıb. Yerli ruhani Ahsan Zahid deyir ki, bu haqda yanğını təhqiq edən qrup üzvləri görüşüb hadisəni müzakirə ediblər.

Zahid onların dediklərinə əsasən bildirib ki, hadisə yerində xüsusi itlərdən istifadə olunub. "Onlar dedilər ki, bu, təhrikedici yanğındır, məqsədli şəkildə törədilib” - deyə Zahid bildirib. Onun sözlərinə görə, hadisədən bir neçə gün əvvəl binanın həndəvərində şübhəli şəxslər müşahidə olunub.

Səslənən şübhələrə baxmayaraq təhqiqatın davam etdiyini bildirən rəsmilər konkret fikir söyləməyə tələsmirlər.

Xatırladırıq ki, fevralın 13-də baş verən güclü yanğın Quba İslam İnstitutunun binasını tamamilə sıradan çıxarıb. İnstitut ərazisində yerləşən məktəb və məscidə zərər dəyməsə də, Ahsan Zahidin sözlərinə görə, ora gələn adamlarda narahatlıq yaranıb.

İnstitutun Facebook səhifəsində belə bir status yazılıb: “Bu səhər Quba İslam İnstitutunda faciə baş verib. Hardasa səhər saat 5-də. Yanğın üçüncü binada başladı. Alov elə güclü idi ki, bütün kompleks alışdı, hər şey məhv oldu. Amma, alhamdulillah, biz sağ-salamatıq və Allahın köməkliyi ilə bir yerdəyik. Bütün fəaliyyətimiz davam edəcək, inşallah. Sizdən xahiş edirik ki, bizim İnstitut üçün yalvarın, Allah sizi qorusun”.

Günün bütün mövzuları

XS
SM
MD
LG