Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:25

NATO deyir ki, Rusiya Debaltsevedə müasir silahdan istifadə edib


Jens Stoltenberg
Jens Stoltenberg

“Rusiya Debaltsevedə Ukrayna ordusuna qarşı müasir silahdan istifadə edib”.

Bunu NATO-nun baş katibi Jens Stoltenberg Avropa Birliyi ölkələri müdafiə nazirlərinin Riqada keçirilən qeyri-rəsmi görüşündə jurnalistlər qarşısında çıxış edərkən deyib.

O Rusiyanı öz ordusunu Ukraynanın şərqindən çıxarmağa,Minsk razılaşmasına hörmətlə yanaşmağa və separatçılara dəstəyi dayandırmağa çağırıb.

Stoltenberg bildirib ki, NATO Ukraynaya siyasi dəstəyi davam etdirəcək.

XS
SM
MD
LG