Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:18

Ukrayna ordusu Debaltsevedən çıxarkən azı 40 hərbçi itirib


Foto arxiv
Foto arxiv

Ukrayna ordusu ölkənin şərqindəki Debaltseve şəhərindən çıxarılarkən azı 40 hərbçi ölüb.

Bunu Ukraynanın “Qromadske TV” kanalına Artyomsk şəhər xəstəxanasındakı morqun rəhbəri deyib.

Onun sözlərinə görə, xəstəxanaya hələ də cəsədlər gətirilir.

Ukrayna prezidenti Petro Poroshenko fevralın 18-də Ukrayna ordusunun şəhərdən çıxdığını bəyan edib.

Rusiyapərəst separatçılar isə Debaltseve döyüşlərində 2-3 min arası Ukrayna əsgəri ölüb.

Kiyev hələlik bu məlumata münasibət bildirməyib.

XS
SM
MD
LG