Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:58

Luhanskdakı Azərbaycan diasporunun rəhbəri şəhərə buraxılmır, evi isə bombalanıb


Foto arxiv
Foto arxiv

Azərbaycanın Ukraynanın Lugansk vilayəti üzrə diasporunun rəhbəri Rasim Uğurluyevin evi bombalanıb, özü və ailəsinin isə şəhərə girişinə qadağa qoyulub.

Bu barədə APA-ya Rasim Uğurluyevin özü məlumat verib.

Onun sözlərinə görə silahlılar onu şəhərə buraxmır və daxil olacağı təqdirdə ölümlə hədələyirlər:

“Hazırda Kiyevdə qaçqın vəziyyətində yaşayırıq. Buna baxmayaraq, Luhansk vilayətində yaşayan azərbaycanlıların vəziyyəti ilə bağlı konqres üzvləri ilə sıx əlaqədəyik. Amma bütün biznes və işimiz Luhnaskda qaldığı üçün ciddi sıxıntılar yaşayırıq”.

Rasim Uğurluyev vəziyyətlə bağlı Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinə məlumat verildiyini deyir.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya lazımi tədbirlər görüldüyü bildirilib.

XS
SM
MD
LG