Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:01

«Şişirdilən toyuq» videosu quş ətinin satışını kəskin azaldıb


Foto arxiv
Foto arxiv

-

«Yerli TV-lərdə yayımlanan, naməlum şəraitdə çəkilmiş videoçarx quşçuluq təsərrüfatına qarşı fitnəkarlıqdır. Bu, istehlakçılar arasında çaşqınlıq yaradır, müəssisələrin işgüzar imicinə ziyan vurur».

Bunu fevralın 18-də Respublika Quşçular Cəmiyyətinin (RQC) rəhbəri Aydın Vəliyev keçirdiyi fövqəladə mətbuat konfransında deyib.

Tədbirin keçirilməsində məqsəd broyler toyuqlarının şişirdilməsi barədə sosial şəbəkələrdə yayılan videoya münasibət bildirmək olub.

Aydın Vəliyev çıxışında bildirib ki, yalan informasiya nəticəsində quşçuluq məhsullarının satışı kəskin azalıb:

«Broyler istehsalından xəbərdar olmayan bir çox istehlakçılar bu yalan informasiyalara inanıb və quşçuluq məhsullarının satışı 20%, bəzi təsərrüfatlarda 30% azalıb».

Tədbirdə broyler təsərrüfatlarında hormonal yemlərdən istifadə olunması ilə bağlı yayılan məlumatlar da təkzib olunub.

Bu günlərdə sosial şəbəkələrdə broyler toyuqlarının hormonlarla şişirdilməsinə dair video yayılmışdı.

Naməlum yerdə çəkilmiş videodan görünür ki, kəsilmiş toyuqlara iynə ilə hansısa maye yeridilir, nəticədə toyuqlar şişir, ölçüsü sürətlə böyüyür. Videonun Azərbaycanda çəkildiyi ehtimal olunsa da, Azadliqradiosuna onun dəqiqi məkanı və müəllifini aydınlaşdırmaq mümkün olmayıb.

Rəsmi məlumatlara əsasən, Azərbaycanda quş ətinə tələbat il ərzində təxminən 100 min tondur. Bunun 92%-ni yerli istehsal təmin edir.

XS
SM
MD
LG