Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:44

Avropa və NATO Ukraynada atəşkəsin pozulmasından narahatdır


Angela Merkel və Jens Stoltenberg
Angela Merkel və Jens Stoltenberg

Almaniya rusiyapərəst separatçıların Ukraynanın Şərqindəki Debaltseve şəhərindəki hərəkətinin sülhə ağır zərbə olduğunu deyir.

Həmçinin NATO-nun baş katibi Jens Stoltenberg bildirib ki, separatçıların atəşkəsə əməl etməməsi Minsk razılaşmasını təhlükə altında qoyub.

Fransa isə razılaşmanın qorunması üçün bütün mümkün imkanlara əl atacağını bəyan edib.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov bildirib ki, Debaltsevedəki vəziyyətdən Ukraynada sülh prosesini pozmaq üçün istifadə olunmamalıdır.

Ukrayna prezidenti Petro Poroshenko Ukrayna ordusunun fevralın 18-də Debaltsevedən çıxdığını bəyan edib.

Fevralın 12-də Minskdə əldə edilmiş razılaşmaya əsasən tərəflər ayın 15-də atəşkəs elan etməli, 2 gündən sonra isə ağır silahları cəbhə xəttindən geri çəkməli idilər.

XS
SM
MD
LG