Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:58

James Warlick: “girovların qaytarılması danışıqlara şərait yarada bilər”


James Warlick
James Warlick

“Gərginliyin artdığı bir vaxtda girovların qaytarılması danışıqlar üçün daha əlverişli mühit yarada bilər”.

APA-nın məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri James Warlick Xankəndiyə səfəri zamanı deyib.

O həmçinin bildirib ki, Qarabağ münaqişəsinin həllində bütün tərəflərin maraqları nəzərə alınmalıdır.

Diplomat qeyd edib ki, vasitəçilər tərəflərə təkliflər veriblər və bu təkliflər onların regiona səfəri zamanı müzakirə olunub.

“İlk növbədə təmas xəttində gərginliyin artmasını müzakirə etdik. Biz həmçinin prezidentlər arasında görüşlərin bərpası barədə məsələ qaldırmışıq. Sülh üçün açar onların əlindədir”.

Həmsədrlər fevralın 16-da Bakıda, 17-də Yerevanda, 18-də isə Dağlıq Qarabağa baş çəkiblər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupuna ABŞ Rusiya və Fransa həmsədrlik edir.

XS
SM
MD
LG