Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:59

Rusiya Cənubi Osetiya ilə sərhəd razılaşması imzalayıb


Sergei Lavrov və David Sanakoyev

Sergei Lavrov və David Sanakoyev

Rusiya ilə Gürcüstanın separatçı Cənubi Osetiya regionu sərhəd razılaşması imzalayıblar.

Sənədi fevralın 18-də Moskvada Rusiyanın xarici işlər naziri Sergei Lavrovla separatçı rejimin xarici işlər naziri David Sanakoyev imzalayıblar.

Moskva ötən ilin noyabrında Gürcüstanın digər separatçı bölgəsi Abxaziya ilə də birlik və strateji tərəfdaşlıq müqaviləsi imzalayıb.

Gürcüstan bu müqavilələrin heç bir hüquqi əsası olmadığını deyir.

Gürcüstanın xarici işlər naziri TamarBeruchashvili ötən ay bildirmişdi ki, Moskva Cənubi Osetiyanı Krım kimi ilhaq edə bilər.

Həmçinin baş nazir İrakli Garibashvili ötən ay Avropa Birliyini Rusiya ilə Cənubi Osetiya arasında belə bir müqaviləyə qarşı çıxmağa çağırıb.

Rusiya 2008-ci ilin avqustunda Gürcüstanla qısa müharibədən sonra onun bu 2 separatçı bölgəsini müstəqil dövlətlər kimi tanıyıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG