Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:07

Poroshenko Ukrayna ordusunun Debaltsevedən çıxmasını təsdiqləyib


Petro Poroshenko
Petro Poroshenko

Ukrayna prezidenti Petro Poroshenko hökumət qoşunlarının ölkənin şərqindəki Debaltseve şəhərindən çıxarılmasını təsdiqləyib.

O şəhərdəki Ukrayna əsgərlərinin təxminən 80 faizinin çıxarıldığını bildirib.

Debaltseve Donetsklə Luhansk şəhərini birləşdirən dəmiryol xəttinin üstündə yürləşir.

Xeyli vaxtdır ki, şəhər uğrunda ağır döyüşlər gedirdi.

Fevralın 12-də Minskdə əldə edilmiş razılaşmaya əsasən tərəflər ayın 15-də atəşkəs elan etməli, 2 gündən sonra isə ağır silahları cəbhə xəttindən geri çəkməli idilər.

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Federica Mogherini rusiyapərəst separatçılarn şəhərə hücumunu pisləyib və bunun atəşkəsin açıq şəkildə pozulması olduğunu bildirib.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov isə Debaltsevedən başqa bütün cəbhə bölgələrində atəşkəs olduğunu deyir.

XS
SM
MD
LG