Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:41

İctimai Alyans son həbslərlə bağlı bəyanat yayıb


-

“Hakim ailə və oliqarx gizli biznes şəbəkələrini ifşa edən jurnalist Xədicə İsmayıla qarşı yeni ittihamlar hakimiyyətin qisasçılıq cəhdinin davamıdır”

Bu haqda “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının Azərbaycandakı insan haqlarının vəziyyəti ilə bağlı fevralın 18-də yaydığı bəyanatında deyilir.

Bəyanatda həmçinin son vaxtlar ölkədə vətəndaş cəmiyyəti fəallarına qarşı repressiya və qanunsuz həbslərin artan xətlə inkişaf etdiyi vurğulanır:

“Bu günlərdə AXCP Mingəçevir təşkilatının fəalı Qadir Xudabaxşıyev həbs olunub. Bu həbs onun sosial şəbəkələrdə hakimiyyəti tənqid etməsilə bağlıdır. Daha sonar Almaniyada yaşayan fəal Tural Sadıqlının qardaşı saxta narkotik ittihamı ilə həbs olundu. Bundan öncə, Tural Sadıqlı İlham Əliyevin Almaniyaya səfəri zamanı təşkil olunan etiraz aksiyasında iştirak etmişdi. Bu həbslər hakimiyyətin vətəndaş cəmiyyətinə qarşı növbəti cəhdi kimi qiymətləndiririk”.

Bununla yanaşı bəyanatda Müsavat Partiyası başqanın müavini Yadigar Sadıqlının müalicəsi yarımçıq saxlanılaraq həbsxanaya qaytarılması pislənir. Həbsdə olan hüquqşünas İntiqam Əliyevin səhhətindəki problemlərə baxmayaraq, barəsində həbs qətimkan tədbirinin dəyişdirilməməsi bəyanatda öz əksini tapıb. Bəyanatda baş verənlər ictimai-siyasi fəallığa hakimiyyətin münasibətinin göstəricisi kimi dəyərləndirilir.

Alyan baş verən həbslərin dayandırılmasını, həbsdə olan siyasi məhbusların qeyd-şərtsiz azad olunmalarını tələb edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG