Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:56

Ukraynalı deputat Ukrayna ordusunun Debaltseve şəhərindən çıxdığını deyir.

Hökumətpərəst yarım-hərbi birləşmələrin rəhəri Semen Semenchenko Facebook səhifəsində Ukrayna ordusunun plana uyğun olaraq şəhərdən çıxdığını yazır.

Onun sözlərinə görə ordu çıxarkən rusiyapərəst separatçılar onların qarşısını kəsmyə çalışıblar.

Ukraynanın müdafiə nazirliyi isə Debaltsevedə döyüş getdiyini xəbər verir.

Separatçılar isə yüzlərlə Ukrayna əsgərinin təslim olduğunu deyirlər.

Kiyev atəşkəsin pozulmasına görə, separatçıları günahlandırır və Avropa Birliyi ilə NATO-nu onların bu hərəkətini ittiham etməyə çağırıb.

Fevralın 12-də Minskdə əldə edilmiş razılaşmaya əsasən tərəflər ayın 15-də atəşkəs elan etməli, 2 gündən sonra isə ağır silahları cəbhə xəttindən geri çəkməli idilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG