Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 23:01

Əfqanıstanda ölən dinc sakinlərin sayı artır


Evindən didərgin düşmüş əfqan

Evindən didərgin düşmüş əfqan

-

BMT bildirir ki, ötən il Əfqanıstanda döyüşlərdə ölən ya yaralanan dinc sakinlərin sayı 22 faiz artıb. Bu, son 5 ildə ən yüksək rəqəmdir.

BMT-nin Əfqanıstana Yardım Missiyası fevralın 18-də illik hesabat yayıb. Sənədə görə, 2014-cü ildəki rəqəm 10 min 548 olub. Bir il əvvəl isə bu say 8 min 637 idi.

Hesabatda bildirilir ki, dinc əhalinin itkilərinin 72 faizinə görə Taliban və digər yaraqlılar məsuliyyət daşıyır. 14 faizinin məsuliyyəti isə hökumət qüvvələri və xarici əsgərlərin üzərinə düşür.

Dinc sakinlər arasında ölümlərin çoxalması quru döyüşlərinin artması ilə izah olunur. Belə ki məskunlaşmış ərazilərdə minaatıcı, raket, qumbaradan istifadə olunur.

ABŞ və NATO ötən ilin sonunda ölkədə döyüş missiyasını bitirib. Təhlükəsizliyə əfqan əsgərləri nəzarət etməyə başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG