Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:25

"İslam Dövləti"nin İraqda 45 nəfəri diri-diri yandırdığı bildirilir


İraq təhlükəsizlik qüvvələrinin texnikası
İraq təhlükəsizlik qüvvələrinin texnikası

-

Polis rəsmisi deyir ki, İraqın Əl-Bağdadi şəhərində İslam Dövləti (İD) silahlı qruplaşmasının üzvləri 45 nəfəri diri-diri yandırıblar.

Qətlin motivi bəlli olmasa da, Polkovnik Qasim al-Obeidi fevralın 17-də deyib ki, öldürülənlərdən bəzilərinin təhlükəsizlik qüvvələrinin üzvləri olduğuna inanır.

Onun sözlərinə görə, təhlükəsizlik əməkdaşları və yerli rəsmilərin ailələrinin qaldığı ərazi hücum altındadır, hökuməti və beynəlxalq ictimaiyyəti köməyə çağırıb.

Qətllə bağlı məlumatı dəqiqləşdirmək mümkün olmayıb.

Ötən həftə İD yaraqlıları Ain al-Asad hava bazası yaxınlığındakı Əl-Bağdadi şəhərinin böyük hissəsini ələ keçiriblər. Onlar fevralın 13-də bazaya da hücum ediblər, ancaq hücum dəf olunub. Səkkiz yaraqlının öldürüldüyü bildirilib.

Həmin bazada 300 ABŞ hərbçisi İraq əsgərlərinə təlim keçir.

XS
SM
MD
LG