Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:58

Debaltseve şəhərinin bir hissəsi separatçıların nəzarətinə keçib


Foto arxiv

Foto arxiv

Kiyev fevralın 17-də Ukraynanın şərqindəki Debaltseve şəhərinin bir hissəsinin rusiyapərəst separatçılar tərəfindən ələ keçirilməsini təsdiqləyib.

Ukrayna ordusu şəhər uğrunda döyüşlərin davam elədiyini və bir neçə əsgərinin əsir düşdüyünü xəbər verir.

Amma hərbçilər böyük sayda Ukrayna əsgərinin əsir düşməsi barədə məlumatları təkzib edib.

Fevralın 12-də Minskdə əldə edilmiş razılaşmaya görə, tərəflər fevralın 15-də atəşkəs elan etmıli, fevralın 17-dən isə ağır silahların cəbhə xəttindən geri çəkilməsinə başlamalı idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG