Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:10

10 ildir aliment ala bilməyən ana məhkəmə-polis yollarında qaldığını deyir


Arxiv fotosu
Arxiv fotosu

-

Zenfira Əlihüseynova Cəlilabad sakinidir. İki övladı var. 10 il əvvəl həyat yoldaşından boşanıb. Indi deyir bu müddətdə aliment almasi müşkül bir işə çevrilib:

“10 ildir alimentə görə sürünürəm. Bu müddət ərzində iki uşağa görə vur-tut 340 manat aliment almışam. Qalan vaxtlar aliment tələb edəndə deyiblər ki, cavabdehi tapa bilmirik.

2005-ci ildə keçmiş həyat yoldaşım Vətən Zeynalovla Cəlilabad rayon Məhkəməsinə müraciət edərək boşanmışıq. Məhkəmə qərar çıxardığı zaman mənə 2 uşağa görə aliment, əmlakımızdan pay, bir də Vətən Zeynalovun ata evindən pay verilməsi ilə bağlı qərar çıxarıb. Keçmiş həyat yoldaşım qərardan apellyasiya şikayəti verdi. Apellyasiya məhkəməsi də yalnız aliment almalı olmağım barədə qərar verdi”.

Ər-arvad boşandıqdan sonra Vətən Zeynalov Rusiyaya gedib. Ötən 9 il ərzində cəmi 340 manat aliment ödənilib:

“Bu vaxta qədər keçmiş həyat yoldaşımın 3000 manat alimenti yığılıb. Birgə nikah dövründə aldığımız maşının bölgüsündən isə mənə 1400 ABŞ dolları borcu qalıb. Nə vaxt icra şöbəsinə gedirəmsə deyirlər, ölkədə yoxdur".

Cəlilabad rayon Polis Şöbəsindən bildirilib ki, şöbə tərəfindən Vətən Zeynalov barəsində 25 may 2010-cu il tarixdə axtarış işi açılıb. O, ötən ilin mart ayında Rusiyadan Azərbaycana keçərkən saxlanıb. 20 gün həbsdə qaldıqdan sonra azadlığa buraxılıb.​

Cəlilabad Rayon icra şöbəsinin rəisi Şöhlət Şahverdiyev:

"2005-ci ildə saxlanan Vətən Zeynalov müddəti bitib azad ediləndə tapşırıldı ki, 10 gün ərzində alimenti ödəsin. O isə alimenti ödəmək əvəzinə yenə qaçıb gizləndi. Hazırda Cəlilabad rayon Polis Şöbəsi tərəfindən yenə axtarışa verilib. Onunla bağlı sənədləri Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərmişik. Yəni Vətən Zeynalovla Zenfira Əlihüseynovanın işinə biz yox, Ədliyyə Nazirliyinin İstintaq İdarəsi baxacaq. Bu yaxınlarda hər iki tərəf Ədliyyə Nazirliyinə dəvət olunacaq”.

XS
SM
MD
LG