Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:02

-

Bu il Azərbaycan ərazisində baharın gəlişi martın 21-i Bakı vaxtı ilə təxminən saat 02:45 radələrində baş verəcək.

Azərbaycan Milli Eləmlər akademiyasının saytının N.Tusi adına Şamaxı Astrofizika rəsədxanasının direktoru Əyyub Quliyevə istinadla yaydığı xəbərdə deyilir ki, Günəş məhz həmin anda Yerin hərəkət və ekvator müsətvlərinin kəsişdiyi və astronomiyada yaz bərabərliyi" adlandırılan nöqtəyə daxil olur.

Xəbərdə bildirilir ki, həmin andan şimal yarımkürəsində astronomik bahar başlayacaq və iyunun 21-nə qədər davam edəcək.

Günəşin səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçidi isə artıq martın 20-də başlayacaq.

Xatırladırıq ki, Azərbaycanda qeyd olunan Novruz bayramı şənlikləri "yaz bərabərliyi" astronomik fenomeninə uyğun keçirilir.

2015-in il ilk çərşənbəsi fevralın 24-nə, axır çərşənbə isə martın 17-nə təsadüf edəcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG