Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:09

Facebook-da #manatadəstək kampaniyası başladı- Fotolar


Manata dəstək kampaniyasından foto
Manata dəstək kampaniyasından foto

-

Fevralın 16-dan Mərkəzi Bankın İdarə Heyəti məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçid barədə qərar qəbul edib.

Fevralın 17-də səhər tezdən Bakıdakı valyutadəyişmə məntəqələrində manatı dollara dəyişənlərin artımı müşahidə olunur.

Elə Mərkəzi Bankın Sədri Elman Rüstəmov fevralın 15-də «Financial Times» qəzetinə müsahibəsində dəyib ki, əhalinin maraqları nəzərə alınmaqla manat tədricən ucuzlaşacaq.

Manatın ucuzlaşması Facebook-da da müzakirələrə səbəb olub. Bir neçə saat əvvəl yaradılmış ‪#‎manatadestek‬ hashtag-ına onlara insan qoşulub. #‎manatadestek‬ kampaniyasını başladan Rəşad Camal adlı gənc belə yazır:

«Hər kəs Manata dəstək üçün manatla şəklini çəkərək ‪#‎manatadestek‬ hashtag-i ilə paylaşsın. Dövlət manatın arxasında. Biz də mənəvi dəstəyimizi verək, vətəndaşlıq borcumuzu yerinə yetirək»

Kampaniyaya qoşulanlar belə fotolar çəkib, paylaşırlar:

XS
SM
MD
LG