Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:37

UEFA fevralın 17-də "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin son turunda "İnter"lə keçirilən oyunla (0:0) bağlı apellyasiya şikayətini rədd edib.

Amma klubun vəkili Qürur Qaye Ünal deyib ki, qurum cexiyalı Miroslav Zelinkanın başçılıq etdiyi hakimlər briqadasını cəzalandıra bilər:

"Apellyasiya Komitəsinin açıqlamasında Richard Almeidanın vurduğu qolun hakimlər tərəfindən qeydə alınmamasının yanlış qərar olduğu bildirildi və qeyd olundu ki, UEFA hakimləri cəzalandıra bilər. Amma oyun yenidən keçirilməyəcək".

Xatırladaq ki, Richard Almeida "Qarabağ" – "İnter" görüşündə əlavə vaxtda rəqib qapısına yol tapsa da, baş hakim Miroslav Zelinka bu qolu oyundankənar hesab edərək qeydə almadı və nəticədə Qarabağ klubu mübarizə apardığı F qrupunda növbəti mərhələyə çıxa bilmədi.

Günün bütün mövzuları

XS
SM
MD
LG