Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:51

“Dağlıq Qarabağ münaqişəsində tərəflərin danışıqlar üçün daha bir şansı olacaq”.

“News.am” saytının məlumatına görə, bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri James Warlick fevralın 17-də Ermənistanın xarici işlər nazirliyində keçirilın brifinqdə həmsədrlərin hər hansı yeni təklif verib-verməmələri barədə jurnalistlərin sualına cavab verərkən deyib.

O hələlik elə bir təklif olmadığını bildirib.

ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistanda səfərdədir.

Onlar Ermənistanın xarici işlər naziri Edvard Nalbandianla görüşüblər.

Həmsədrlərin həmçinin prezident Serzh Sarkisianla görüşü və bundan sonra Dağlıq Qarabağa səfəri nəzərdə tutulub.

Həmsədrlər fevralın 16-da Azərbaycanda olublar.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupuna ABŞ, Rusiya və Fransa həmsədrlik edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG