Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:03

-

Müsavat Partiyası başqanının həbsdə olan müavini Tofiq Yaqublu və NİDA Vətəndaş Hərakatının üzvü İlkin Rüstəmzadə saxlandıqları 13 saylı CÇM-də gündəlik qəzetlər ala bilmirlər.

Bu haqda AzadlıqRadiosuna Tofiq Yqublunun qızı Nigar Yaqublu məlumat verib. O bildirir ki, fevralın 17-də atası ilə telefon əlaqəsi saxlayıb:

«Keçən həftə atam və İlkin Rüstəmzadə qəzet verilməyəcəyi təqdirdə aclıq aksiya keçirəcəklərini bildirmişdilər. Həmin ərəfələrdə CÇM-ə gələn Qırmızı Xaç Cəmiyyətinin nümayəndələrinə də anacaq qəzet probleminin olduğunu bildirmişdilər. Nümayəndələr gedəndən sonar müəssisə rəhbərliyi yalnız siyasi məhbus kimi tanınanlara qəzet verilməsini bərpa edəcəklərini bildirmişdi. Hətta, şərt də qoymuşdu ki, bir otaq ayrılacaq və onlar qəzeti yalnız həmin yerdə oxuya biləcək. Yəni, qəzetlərin məhbuslar saxlanan yerə keçməməsi şərti ilə. İndi verdikləri bu sözə də əməl etmirlər. Deyirlər ki, hər gün evdən gətirsinlər, oxuyun. Abunə yazıldıqları halda qəzet niyə evdən gəlməlidir? Təkcə qəzet aparmaq üçün hər gün uzaq və əzablı yolu getməliyik. Bir şərt də qoyublar ki, birisinin yanına gətirilən qəzeti digəri oxuya bilməz. Yəni, hərəsinə gündə evdən ayrıca qəzetlər gətirilməlidir. Bu da fiziki cəhətdən mümükün deyil».

AzadlıqRadiosu səslənən problemlə bağlı Penitensiar Xidmətə sorğu göndərib. Sorğunun cavabı hazır olanda sayta yerləşdiriləcək.

Bundan öncə də həbsxanalarda məhbuslara müxalifət qəzetlərinin verilməsində problemlər olduğu haqda məlumatlar yayılmışdı. O vaxt Penitensiar Xidmətdən bu xəbərləri inkar edərək bildirmişdilər ki, həbsxanalar qəzetlərin verilməsi qanunla tənzimlənir.

Tofiq Yaqublu ötən ilin yanvarında İsmayıllı hadisələrinə görə saxlanıb. Mart ayında Şəki Ağır Cinayətlər Məhkəməsi ona 5 il cəza kəsib.

Sentyabrın 24-də Şəki Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb.

İlkin Rütəmzadə 2013-cü ilin aprelində həbs olunub. Məhkəmə onu xuliqanlıq, silah və kütləvi iğtişaşda təqsirli bilərək 8 il azadlıqdan məhrum edib.

Hər iki fəal ittihamları rədd edir və həbslərinin siyasi olduğunu bildirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG