Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 15:58

Azərbaycanda nominal ÜDM 18% düşüb


Arxiv fotosu
Arxiv fotosu

-

2015-ci ilin ilk ayında Azərbaycanda nominal ÜDM 2014-cü ilin yanvarına nisbətən isə 17.9% düşüb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ilin yanvarında Azərbaycanda ÜDM 3 milyard 631 milyon manat (4 milyard 629 milyon dollar) olub. Bu, ötən ilin yanvarından (4 milyard 423 milyon manat) 4.4% çoxdur. Nominal ÜDM isə 17.9% azalıb.

İSTEHSALIN PAYI

Real qeyri-neft ÜDM-si yanvarda 5.5% artıb, neft ÜDM-si isə ötən aya nisbətən 3.1% qalxıb.

Bu ilin yanvarında adambaşına ÜDM 488.5 dollar olub.

ÜDM-də istehsal sektorunun payı 47.97 % olub ki, bu da 4%-lik real artım deməkdir. Xidmətlər 42.01% (5.2 % artım), xalis istehsal və idxal vergisi - 10% (4.6% artım) təşkil edib.

2014-cü ildə Azərbaycanda ÜDM 58 milyard 98 milyon manat (75 milyard 19 milyon dollar) təşkil edib. Bu, 2013-cü ildəkindən 2.8% çox idi. Qeyri-neft ÜDM-si 7.0 % artıb, neft ÜDM-si 2.9% azalıb.

GƏLİR 2.31 DƏFƏ AZALIB

İqtisadi və Sosial İnkişaf Mərkəzinin ekspertləri bildirir ki, ÜDM-nin azalmasına səbəb dünya bazarında neftin qiymətinin düşməsidir.
2015-ci ilin yanvarında neft gəlirləri əvvəlki ayla müqayisədə 35.0 % azalıb. Yanvarda Azərbaycan 2014-cü ilin iyununda ixrac etdiyi qədər neft ixrac edib. Ancaq iyunda əldə olunan gəlir 1 milyard 76 milyon dollar, yanvarda 760 milyon dollar olub. Yəni neftin qiymətinin düşməsi nəticəsində gəlir 2.31 dəfə azalıb.
Son 7 ayda Azərbaycan neftinin qiyməti 2.29 dəfə düşüb. 2005-ci ildə BTC-yə ilk neft vurulandan Azərbaycan neftinin qiymətində belə eniş olmayıb.

XS
SM
MD
LG