Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:09

Ermənistanın müxalifət partiyası üzvlərinin saxlandığını deyir


Foto arxiv
Foto arxiv

Ermənistanın müxalifət partiyası bir neçə üzvünün saxlandığını deyir.

“Çiçəklənən Ermənistan Partiyası”ndan deputat Elinar Vardanyanın sözlərinə görə, partiyanın Yerevandakı Nor-Nork şöbəsinin lideri Artur Mamoyan da onların arasındadır.

Polisin məlumatına görə, Mamoyan qanunsuz silah saxlamaqda şübhəli bilinir.

Bu həbslər partiyanın lideri Gagik Tsarukiana təzyiqlər fonunda baş verir və partiya məsələnin siyasi motivli olduğunu deyir.

Ermənistan prezidenti Serzh Sarkisian fevralın 12-də Tsarukianı “şər məhvəri” adlandırıb və bildirib ki, o siyasətə buraxılmamalıdır.

Məlumatlara görə, sarukian həm də Ermənistanən ən varlı adamlarından biridir.

XS
SM
MD
LG