Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:07

Ukrayna Rusiyadan 55 milyard kubmetr qaz alacaq


Gələn il Ukrayna Rusiyadan hər min kubmetri 130 dollardan baha olmamaq şərtilə 55 milyard kubmetr qaz alacaq. Ukraynanın Baş naziri Viktor Yanukoviç Kiyevdə keçirdiyi brifinqdə belə deyib.


Bundan əvvəl Azərbaycanın Sənaye və Energetika naziri Natiq Əliyev bildirmişdi ki, Bakının Rusiyadan alacağı qazın həcmi və qiyməti də Rusiya-Ukrayna danışıqlarından sonra müəyyənləşəcək. Nazirin sözlərinə görə, əgər Rusiya Azərbaycana qazı ötən ilki qiymətdən (hər min kubmetr üçün 110 dollar) baha satmaq istəsə, Bakı bundan imtina edə bilər. Rusiya rəsmiləri əvvəllər bildirirdilər ki, qazı Ukraynaya hər min kubmetr üçün 230-260 dollara satmaq istəyirlər. Amma Baş nazir Viktor Yanukoviçin verdiyi məlumata görə, Rusiya qazı Ukraynaya 130 dollara satmağa razılaşıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG