Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:54

Putin, Poroshenko, Merkel atəşkəs "addımlarını razılaşdırır"


Separatçılar Debaltsevo ətrafında

Separatçılar Debaltsevo ətrafında

-

Rusiya, Ukrayna və Almaniya liderləri, ATƏT müşahidəçilərinə Ukraynanın şərqində atəşkəsə nəzarət icazəsinin verilməsinə dair "konkret tədbirlərə" razılaşıblar.

Almaniya hökumətinin sözçüsü Steffen Seibert deyir ki, tədbirlər fevralın 16-da gecə telefon söhbətində razılaşdırılıb.

Seibert-in sözlərinə görə, Almaniya kansleri Angela Merkel və Ukrayna prezidenti President Petro Poroshenko Rusiya prezidenti Vladimir Putini çağırıb ki, "atəşkəsin qüvvəyə minməsi üçün separatçılar üzərində nüfuzundan istifadə etsin".

Seibert deyir ki, təmas xəttindən ağır silahların çəkilməsi fevralın 17-də başlanacaq. Bu razılığa ötən həftə Minskdə gəlinib.

Kiyev bildirib ki, Debaltsevo şəhəri ətrafında döyüş bitməyincə geri çəkilməyəcək. Rusiyapərəst separatçılar atəşkəs sazişinin Debaltsevoya aid olmadığını deyirlər.

Atəşkəs fevralın 15-də qüvvəyə minəndən yaraqlılar hərbçilərin mövqelərinə 110-dan çox hücum ediblər. Bunu Ukrayna hökuməti bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG