Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:15

Neft Şirkəti Bayılda söküntüləri davam etdirəcək


Arxiv fotosu
Arxiv fotosu

-

Bayıl qəsəbəsi, Yüzbaş Mürsəlov küçəsinin sakinləri «Qaynar xətt»ə yazırlar. Onlar yerli icra hakimiyyətindən tezliklə məhəllənin söküləcəyi barədə xəbərdarlıq alıblar. Bir çox evlərə bildiriş və məhkəmə qərarları gəldiyi bildirilir. Sakinlərin deməsinə görə, bu qərarlarda ərazinin Dövlət Neft Şirkətinə məxsus olduğu göstərilir.

«Nəinki kompensasiya ödənilməyəcək, hətta yazırlar ki, evlər də öz hesabımıza sökülməlidir» – həmin küçənin sakini Ələkbər Nuriyev narahatlığını bildirir.

Sakinlər deyirlər, Yüzbaş Mürsəlov küçəsində azı 200 ailə yaşayır. Bu ailələrin mənzillə bağlı gələcək taleləri sual altındadır.

«VAXTINDA SƏNƏDLƏŞDİRMƏK İSTƏDİK, AMMA...»

«Bu evlərin Çıxarışı olmasa da, bələdiyyədən, «JEK»-dən «litsovoy şot» deyilən sənədi var. Şəxsən mən 20 ildən çoxdur burada yaşayıram. Çıxarış almaq üçün dəfələrlə müraciət etmişəm, ancaq ala bilməmişəm. Görünür, vaxtında dövlət qurumları bilirlərmiş bizi qarşıda nə gözləyir. Bu qədər ailənin həyatı qeyri-müəyyəndir».

Səbail rayon İcra Hakimiyyəti bildirir ki, Bayıl qəsəbəsi ərazisində söküntü işlərinin genişləndirilməsi ilə əlaqədar qəsəbədə və 20-ci sahə yaşayış massivində plana düşən tikililərin köçürülməsi plandadır.

Sakinlərsə mənzillərini istənilən vaxt boşaltmağa hazırdılar, bir şərtlə ki, onlara başqa yerdə ev verilsin:

«EV VERSİNLƏR, ÇIXAQ GEDƏK»

«Biz demirik çıxmırıq. Biz çıxırıq, amma bizə ya ev versinlər, ya da pul. Əgər buranı strateji yer kimi qiymətləndirib sökmək istəyirlərsə buna etirazımız yoxdur, amma əhalini yerlə təmin etsinlər. Gecə də səksəkə içərisində yatırıq. Hər an gəlib bizi çölə ata bilərlər. Hər halda, Bakıda indiyədək dəfələrlə belə hadisələr baş verib. Biz də belə pisliklərdən sığortalı deyilik».

İcra Hakimiyyətindən bildiriblər ki, artıq Arif İsmayılov, Salyan döngəsi II, Yüzbaşı Mürsəlov, İbrahim Məmmədov, Lütfin Babayev, Şahlar Allahverdiyev, Aydın Məmmədov və digər küçələrdə yaşayanların evlərinin sökülməsinə hazırlıq gedir

Azı 7-8 ildir ki, Dövlət Neft Şirkəti bu ərazilərdəki torpaqlara iddialıdır. Şirkət məhkəməyə müraciət edərək torpaqların onun balansına aid olduğunu bildirib və evlərin sökülməsi ilə bağlı qətnamələrin çıxarılmasına nail olub. Qətnamələrdə evlərin sakinlərin hesabına sökülməsi və torpaqların təhvil verilməsi qeyd olunur.

İcra Hakimiyyətindən bildiriblər ki, artıq Arif İsmayılov, Salyan döngəsi II, Yüzbaşı Mürsəlov, İbrahim Məmmədov, Lütfin Babayev, Şahlar Allahverdiyev, Aydın Məmmədov və digər küçələrdə yaşayanların evlərinin sökülməsinə hazırlıq gedir.

XS
SM
MD
LG